EN

“Sabah”a qarşı ay ərzində 5 oyun keçirmək çətindi” Kaxaber Sxadadze

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Misli premyer-liqasının 23-cü turunda “Qəbələ” səfərdə “Sabah” önündə darmadağın oldu - 1:7. Qonaqların baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra media önünə çıxıb.- Yaxşı hal baş vermədi. Belə məğlubiyyətdə baş məşqçi məsuliyyəti üzərinə götürür. Futbolçuların çoxu bugünkü oyuna hazır deyildi. “Sabah” kimi komandaya belə fürsətlət vermək olmaz. Danışılası çox şey yoxdu.- “Sabah”a qarşı kubokda hər iki oyunda sona qədər mübarizə aparmağınızdan peşmansız? Futbolçular çox yorğun göründü.- Əlbəttə, belə olacağını düşünməzdik. İki cəbhədə mübarizə aparmaq, “Sabah”a qarşı ay ərzində 5 oyun keçirmək çətindi. Bugünkü çatışmazlıq xarakter idi. Geriyə düşsək də, oyunu çevirə bilmədik.- Məşqçi karyeranız ərzində 7 qol buraxmısız?- Bayaq uşaqlara da dedim, belə olmamışdı. Qismət belə imiş. Mənim üçün faciə əzmkarlıq olmadan uduzmaqdı. Həyatda da əzmkar olmaq lazımdı.- Klublar arasındakı büdcə fərqi özünü göstərdi?- İmkanlar haqda danışmaq istəmirəm. Vacib olan xarakterdi. Hər oyunçu xarakter göstərməlidi. “Şerif” “Real”ı udmuşdu.MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
1
icma.az

2Sources