EN

Çuğundur təzyiqi aşağı salmağa kömək edir

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ailə həkimi Amir Xan yüksək arterial təzyiq zamanı çuğundur yeməyi və ya bu tərəvəzin şirəsini içməyi tövsiyə edib. 

Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.

Həkimin sözlərinə görə, qidalanma arterial təzyiqə birbaşa təsir göstərir. Buna görə də hipertoniyadan əziyyət çəkən insanlara rasionda duzun miqdarını azaltmaq və mütəmadi olaraq banan yemək məsləhət görülür.

Amir Xan bildirib ki, çuğundur da təzyiqin aşağı düşməsinə kömək edir. Onun sözlərinə görə, bu kök tərəvəzin tərkibində nitratlar adlı maddə var və bu maddə orqanizmdə azot oksidinə çevrilir. Azot oksidi isə qan damarlarını genişləndirərək qan təzyiqinin azalmasına kömək edir.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
redaktor.az

2Sources