Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.Metbuat.az xəbər verir ki, bu barədə Report-a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib. O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.