Xəbər verdiyimiz kimi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu il yanvar ayının 30-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Hazırda onu birinci müavini Emil Abbasov əvəz edir.
NOCOMMENT.az xəbər verir ki, hazırda Qaradağda icra hakimiyyətinin başçısı postu ilə yanaşı bir neçə məsul vəzifə də vakantdır.
Vakant yerləri təqdim edirik:
- Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri – Vakant
- Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri – Vakant
– Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru, şöbə müdirinin müavini – sektor müdiri (baş memar) – Vakant
– Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru, böyük məsləhətçi – Vakant
- Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi, şöbə müdiri – Vakant
- İctimai-siyasi və humanitar məsələlər sektoru, sektor müdiri – Vakant
Qeyd edək ki, Qaradağ rayonu Bakının cənubunda yerləşir. Rayon əhalisinin sayı 123 600 nəfərdir. /Metbuat.az/