AZ

Bu rayonda nə başçı var, nə də müavin

Xəbər verdiyimiz kimi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu il yanvar ayının 30-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. 

Hazırda onu birinci müavini Emil Abbasov əvəz edir.

Paytaxt.org bildirir ki, Metbuat.az-ın məlumatına görə, hazırda Qaradağda icra hakimiyyətinin başçısı postu ilə yanaşı bir neçə məsul vəzifə də vakantdır. Vakant yerləri təqdim edirik:

-⁠ ⁠Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri - Vakant

-⁠ ⁠Başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri - Vakant

- ⁠Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru, şöbə müdirinin müavini - sektor müdiri (baş memar) - Vakant

- ⁠Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru, böyük məsləhətçi - Vakant

⁠- ⁠Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi, şöbə müdiri - Vakant

⁠- ⁠İctimai-siyasi və humanitar məsələlər sektoru, sektor müdiri - Vakant

Qeyd edək ki, Qaradağ rayonu Bakının cənubunda yerləşir. Rayon əhalisinin sayı 123 600 nəfərdir.

Seçilən
41
6
paytaxt.org

7Mənbələr