EN

Bu peşələr risk altındadır Xəbərdarlıq

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qlobal miqyasda baş verən müharibələr yalnız siyasi və hərbi müstəvidə deyil, iqtisadi sahədə də ciddi sarsıntılar yaradır. Münaqişələrin uzanması enerji, ərzaq və logistika zəncirində problemlər formalaşdıraraq dünya iqtisadiyyatında böhran riskini artırır. Belə vəziyyətlərdə bir sıra sahələr fəaliyyətini məhdudlaşdırmaq və ya dayandırmaq məcburiyyətində qalır ki, bu da minlərlə insanın iş yerlərini itirməsi ilə nəticələnə bilər. Xüsusilə beynəlxalq ticarət, turizm, xidmət və bəzi istehsal sahələrində çalışanların əmək bazarında daha böyük risklə üzləşəcəyi ehtimal olunur. Bu baxımdan, müharibənin yarada biləcəyi qlobal iqtisadi böhranın hansı peşə sahiblərinə daha çox təsir göstərə biləcəyi diqqət çəkən məsələlərdən biridir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Naib Niftəliyev deyib ki, müharibə şəraitində hər bir peşə, hər bir fəaliyyət sahəsi bu və ya digər formada risk altına düşür:“Yəni istənilən sahədə müəyyən bir böhranın yaşanması, iqtisadi çətinliklərin olması qaçılmaz və labüddür. Müharibə şəraitinin necə aparılmasından, necə davam etməsindən, hansı texnologiyadan, hansı silahdan istifadə edilməsi burda əhəmiyyətli təsir rolu oynayır. Yəni müdafiə sistemlərinin də rolu təsiri mümkündür. Yəni əgər dağıntı çoxdursa, risklər böyükdürsə və iqtisadiyyatdan daha çox vəsait hərbi sferaya, müharibəyə xərclənmişsə, təbii ki, hərbi fəaliyyət xaricində istənilən peşə daha böyük risklərə məruz qalır. Hərbçilər də, misal üçün hərbi ixtisaslı şəxslər də istisna deyil. Yəni əsas zərər istər-istəməz mülki infrastruktura, sosial peşə sferasına və humanitar sahəyə dəyir. Həyati vacib ixtisaslar bu və ya digər vəziyyətdə öz əhəmiyyətini qoruyub saxlayır. Risk ehtimalı bütün peşələri 20-100 %-ə qədər tam olaraq əhatə edir”.Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
demokrat.az

1Sources