EN

Azərbaycanın İrana humanitar yardımını çatdıran maşın karvanı geri qayıdıb

Azərbaycanın İrana göndərdiyi humanitar yardım ünvana çatdırılıb.

APA-nın Cənub bürosunun xəbərinə görə, İrana humanitar yardımı çatdıran maşın karvanı Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək Azərbaycana qayıdıb.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

"Cebheinfo.az"

Chosen
41
16
cebheinfo.az

10Sources