Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycanın 5 sərbəst güləşçisi yarımfinala adlayıb.
Ceyhun Allhverdiyev (61 kq) Ağanəzər Novruzov (74) kq, Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) finalın bir addımlığında mübarizə aparacaqlar.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.