EN

Xameneinin oğulları: Mustafa, Müctəba, Məsud və Meysəm

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

İran İslam Respublikasının yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei hazırda dünyada ən çox müzakirə olunun siyasi fuqurlardan biridir. İranın onunla nə qədər irəliləyəcəyi hələ məlum deyil. Məlum olan budur ki, İsrail Müctəba Xameneini də aradan götürməkdə, ABŞ isə onu dəstəkləmədə qərarlıdır.Müctəba Xamenei İranın mərhum Ali Rəhbəri (1989–2026-cı illərdə) Ayətullah Seyid Əli Xameneinin ikinci oğludur. Əli Xamenei fevralın 28-dən martın 1-nə keçən gecə ABŞ-İsrail hərbi hava qüvvələrinin Tehranı bombalaması nəticəsində həlak olub. Onun həyat yoldaşı Mənsurə Xocast Bağırzadə, habelə qızı, kürəkəni, iki nəvəsi və gəlini də Tehranın vurulması nəticəsində öldürülüblər.Yeri gəlmişən, Xameneilərin öldürülən gəlini Zəhra Həddad Adel yeni Ali Rəhbər Müctəba Xamenei həyat yoldaşı idi.Xameneilər ailəsinin ölkə daxilindəki siyasi gücü və təsiri ilə uzun illər diqqət mərkəzində olub.Modern.az-ın məlumatına görə, mərhum Əli Xameneinin dörd oğlu var və onlar indiyə kimi rəsmi olaraq böyük siyasi vəzifələr tutmasalar da, İranın siyasi kulislərində mühüm fiqurlar kimi göstərilirlər:Mustafa, Müctəba, Məsud və Meysəm qardaşları hazırda bütün beynəlxalq aləmin diqqət mrkəzinə düşüblər.Müctəba Xamenei ailənin ən məşhur və ən çox müzakirə olunan üzvüdür. O, indiyə kimi  İranın mühafizəkar siyasi dairələrində və İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələri ilə tanınırdısa, artıq İrandakı bütün dini-siyasi strukturlarım biət etdiyi Ali Rəhbərə çevrilib.

Qardaşların ən böyüyü Mustafa Xamenei ailənin daha az görünən üzvlərindən biridir. O, dini təhsil alıb və əsasən dini çevrələrdə fəaliyyət göstərir. Siyasi mediada onun adı nadir hallarda çəkilir və ictimaiyyət qarşısında çox az görünür.Məsud Xamenei üçüncü qardaşdır. O, daha çox mədəni və dini fəaliyyətlərlə əlaqələndirilir. Məsud Xamenei bəzən dini tədbirlərdə və ideoloji müzakirələrdə iştirak edən fiqur kimi tanınır. Lakin siyasi güc strukturlarında aktiv rolu barədə açıq məlumatlar çox məhduddur.Meysam Xamenei isə ailənin ən az tanınan üzvüdür. O, ictimai və siyasi mediada demək olar ki, görünmür və şəxsi həyatını çox qapalı saxlayır.

İranda rəsmi olaraq siyasi hakimiyyət irsi xarakter daşımırdı. Ölkənin siyasi sistemində dini elita, inqilab qurumları daha böyük rol oynayırdı. Amma Əli Xameneinin oğlunun Ali Rəhbər seçilməsi – hakimiyyətin atadan oğula keçməsi ənənələri dəyişdirdi.A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
modern.az

1Sources