EN

Bu rayonda nə başçı var, nə də müavin

Xəbər verdiyimiz kimi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu il yanvar ayının 30-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Hazırda onu birinci müavini Emil Abbasov əvəz edir. Metbuat.az-ın məlumatına görə, hazırda Qaradağda icra hakimiyyətinin başçısı postu ilə yanaşı bir neçə məsul vəzifə də vakantdır. Vakant yerləri təqdim edirik: -⁠ ⁠Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri - Vakant -⁠ ⁠Başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri - Vakant - ⁠Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru, şöbə müdirinin müavini - sektor müdiri (baş memar) - Vakant - ⁠Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru, böyük məsləhətçi - Vakant ⁠- ⁠Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi, şöbə müdiri - Vakant ⁠- ⁠İctimai-siyasi və humanitar məsələlər sektoru, sektor müdiri - Vakant

Qeyd edək ki, Qaradağ rayonu Bakının cənubunda yerləşir. Rayon əhalisinin sayı 123 600 nəfərdir. Nazim Hüseynzadə /Metbuat.az

Chosen
67
6
metbuat.az

7Sources