UEFA-nın elit gÉ™nc oyunçuların inkiÅŸafı üzrÉ™ mütÉ™xÉ™ssisi Julien Eskude AzÉ™rbaycana sÉ™fÉ™r edib.Â
Offsideplus.az xəbər verir ki, iki gün davam edən işgüzar səfər çərçivəsində qonaq AFFA-nın rəsmi şəxsləri – baş katibin müavini Elçin Məmmədov, texniki direktor Cahangir Həsənzadə və Elit-Məşq layihəsinin meneceri Rüfət Kərimli ilə bir araya gəlib.
Tərəflər arasında keçirilən görüşlərdə yerli gənclər futbolunun hazırkı durumu geniş təhlil olunub. İclasda xüsusilə regional elit proqramların tətbiqi, istedadlı futbolçu seçiminin mexanizmi və onların milli komandalara cəlb olunması prosesi diqqət mərkəzində olub. Bundan əlavə, məşqçilik sisteminin təkmilləşdirilməsi və UEFA-nın "HatTrick" proqramı çərçivəsində ayrılan vəsaitlərin idarə olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.