EN

Bahar Muradova BMT də TDT adından bəyanatla çıxış edib FOTO

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Nyu-Yorkda keçirilən BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Türk Dövlətləri Təşkilatı adından bəyanatla çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, o, Türk Dövlətləri Təşkilatına üzv ölkələr-Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Azərbaycan əsas insan hüquqlarına, insan ləyaqətinə, həmçinin qadın və kişilərin bərabər hüquqlarına sadiq olduqlarını bir daha təsdiqlədiklərii bildirib.  Qeyd olunub ki, bu prinsiplər BMT nizamnaməsində də öz əksini tapır və üzv dövlətləri bu istiqamətdə davamlı və məqsədyönlü addımlar atmağa çağırır.

B.Muradova ailənin cəmiyyətin əsas və təməl institutu kimi rolu xüsusi qeyd olunub. Dediyinə görə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi sənədinə uyğun olaraq ailənin qorunması, möhkəmləndirilməsi və inkişafı qadınların hüquqlarının təmin edilməsində mühüm rol oynayır.

Komitə sədri həmçinin qadın və qızların sosial-iqtisadi inkişafda bərabər iştirakını təmin etmək üçün zəruri şəraitin yaradılmasının vacibliyini vurğulayıb.

O, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qadınların səlahiyyətləndirilməsi, gender bərabərliyinin təşviqi və insan təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığa sadiq qaldıqlarını vurğulayıb. Bildirib ki, bu yanaşma təşkilatın 2021-ci ildə qəbul edilmiş Türk Dünyası Vizyonu - 2040 sənədində də öz əksini tapıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
61
6
bakivaxti.az

10Sources