EN

İrana göndərilən humanitar yardım Astara sərhədini keçib

Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salınıb.

Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana yola salınan humanitar yardım Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçib.

Sərhəd buraxılış məntəqəsində müvafiq prosedur qaydalarından sonra humanitar yardım İran İslam Respublikasına yola salınıb.

 

Chosen
78
9
herbiand.az

10Sources