EN

Cakartada iftar süftəsi açılıb

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycanın İndoneziyadakı səfirliyi, İndoneziya İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Təşkilatı və Muhammədiyyə İcma Dəvət İnstitutu Mərkəzi İdarə Heyətinin birgə təşkilatçılığı ilə Cakartada ifrat mərasimi təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə “İslam dünyasında tolerantlıq və harmoniya naminə əlaqələrin və dəyərlərə əsaslanan ağıllı güc” mövzusunda keçirilən toplantıda səfir Ramil Rzayev, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita, İndoneziya İƏT Gənclər Təşkilatı Məsləhətçilər Şurasının üzvü Beni Pramula, İndoneziyanın Azərbaycandakı keçmiş səfiri Hüsnan Bəy Fanani və digərlər natiqlər çıxış edərək tədbirin əhəmiyyətinə toxunublar. Qeyd edilib ki, belə forumlar təkcə birlikdə iftar etmək deyil, həm də İƏT-ə üzv dövlətlər arasında, o cümlədən İndoneziya və Azərbaycan arasında dostluq və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir.

Çıxışlarda, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təsis qurultayının Azərbaycanda keçirilməsi və Azərbaycanın 2026-cı ildə İƏT sammitinə ev sahibliyi edəcəyi xüsusi qeyd olunub.

Chosen
100
1
azertag.az

2Sources