EN

Misir Azərbaycan Dostluq Cəmiyyətində 91 uşağa diplomlar təqdim olunub

Azertag saytına istinadən ain.az xəbər verir.

Qahirə, 10 mart, AZƏRTAC

Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə təşkil olunan kurslarda ödənişsiz təhsil alan 91 uşağa diplomların təqdim edilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Cəmiyyətin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, həyata keçirilən bu cür maarifləndirici və mədəni layihələr xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, eləcə də mədəni və elmi əlaqələrin inkişafına mühüm töhfə verir. O qeyd edib ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyətin ofisi ötən illər ərzində minlərlə yerli və xarici tələbəyə xidmət göstərib. Son illərdə isə xüsusilə uşaqların təhsilinə daha çox diqqət ayrılır.

İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, hazırda 61 ölkədən 650-dən çox şəxs burada ödənişsiz əsasda təhsilini davam etdirir. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər sahələr daxildir.

Qeyd olunub ki, uşaqlar üçün təşkil edilən bu tədbir Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, İraq, Livan, Suriya və digər ərəb ölkələrinin mediasında geniş işıqlandırılıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
76
6
azertag.az

7Sources