EN

Hüsamettin İnaç: Körfəz ölkələri İrana qarşı hücumlarda ABŞ İsrail ittifaqına qoşularsa, münaqişə qlobal müharibəyə çevrilə bilər

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın bütün Körfəz ölkələrinə ayrı-seçkilik etmədən hücum etmək kimi "mən çöksəm, hamı çökər" yanaşmasını sərt tənqid edərək, bunun səhv taktika olduğunu vurğulayıb. Hakan Fidan bu yanaşmanın regional riskləri artırdığını və münaqişənin daha geniş əraziyə yayılmasına səbəb ola biləcəyini bildirib. Fidan dialoq və diplomatiyanı dəstəklədiyini bildirərkən bu cür addımların regionda daha dərin çöküşə səbəb ola biləcəyini söyləyib.

Türkiyəli politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xarici işlər naziri Hakan Fidan müsahibəsində İranın "mən çöksəm, hamı çökəcək” siyasəti yürütdüyünü və buna görə də Körfəz və Ərəb ölkələrini birbaşa təhdid edən bir hücum planı irəli sürdüyünü və bunun bölgəyə, dünyaya çox ciddi zərər verəcəyini bildirib.

Hüsamettin İnaç

“Bildiyiniz kimi, son dövrlərdə İran regional ölkələr və sünni dünyası ilə münasibətlərini yaxşılaşdırmaqda xeyli irəliləyiş əldə etmişdi. Ən son olaraq, Çinin müdaxiləsi ilə Səudiyyə Ərəbistanı ilə normallaşma prosesinə girdiyini gördük. Həmçinin, bu şiə ekspansionizmi, Şiə Hilalı və müqavimət oxu ilə bağlı digər ölkələrlə yaxşı münasibətlər qurmaqda bəzi addımlar atdığını müşahidə etmişdik. Lakin, xüsusən də ABŞ-ın bazalarının olduğu ölkələrə edilən bu son hücum həqiqətən strateji bir səhvdir. Çünki İran bu hücumları başladan və ya bu iradəni nümayiş etdirən gücə, yəni İsrailə diqqət yetirməli idi. Buna görə də, İsrailə və ya Amerikanın blokada etdiyi dəniz elementlərinə və təyyarə gəmilərinə hücum etməli idi. Bunlar zərurətdən yaranmış torpaqlardır.

Məsələn; Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər və Küveyt kimi ölkələr Amerikanın himayəsi altında neft və təbii qazını çıxarıb sata bilən və neft-dollar balansında mövcudluğunu qoruyub saxlaya bilən ölkələrdir. Buna görə də, onları birbaşa ittiham etmək və suveren hüquqlarını elan etməklə hücumlara başlamaq çox böyük təhlükə yarada bilər”-deyən politoloq qeyd edib ki, bu, fars-ərəb münaqişəsi olardı.

Politoloqun fikrincə, əgər bu münaqişə baş verərsə, mövcud hücumlardan daha böyük nəticələrə səbəb ola biləcək maneələr yarada bilər: “Bu ərəb ölkələrində əhəmiyyətli dərəcədə şiə əhalisi var və biz bunun sünni-şiə münaqişəsinə də səbəb ola biləcəyindən qorxuruq. Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Qətər və xüsusilə İraq və Suriyada əhəmiyyətli dərəcədə şiə əhalisi var. Əgər bu şiə əhalisi daxildə səfərbər olarsa və İrana edilən bütün bu hücumlar səbəbindən aktivləşərsə və Körfəz ölkələri ABŞ-İsrail ittifaqına qoşularsa, bölgədəki şiə elementlərinin və ya Hizbullah və Haştişabi kimi proksi qüvvələrin səfərbərliyi ilə çox böyük bir məzhəb münaqişəsi baş verə bilər. Bu münaqişə baş verərsə, regional və nəticədə qlobal müharibəyə çevrilə bilər. Bu, bizi Amerika hücumlarından daha böyük bir təhdid və təhlükə gətirəcək bir prosesə məcbur edə bilər. Bu səbəbdən də, Hakan Fidan İrana xəbərdarlıq edir və deyir ki, İranı təcrid edən, kənarlaşdıran və sistemdən tamamilə çıxaran, regional ölkələrdən uzaqlaşdıran bu cür hücumları dayandırmalıdır.

Mahiyyət etibarilə, Amerika-İsrail ittifaqının və ya qlobal imperializmin həyat xəttini təşkil edən neft boru kəmərlərinin maliyyə mənbəyi olan Körfəz bölgəsinə edilən hücumlar, xüsusən də Amerikanı çətin vəziyyətə salmaq və danışıqlar masasına oturtmaq planları ilə nəticələnməyə bilər. Bu, xüsusilə Hörmüz boğazının bağlanması ilə bağlıdır”.

Hüsamettin İnaç bildirib ki, enerji və neft qiymətlərinin artırılması təhdidi diplomatiya üçün çox yer qoymayacaq, xarici işlər naziri İranı bu barədə xəbərdar edir.

Politoloq deyir ki, İranın siyasəti aydındır: “Amerikanı diplomatiyaya, danışıqlara və hücumlarını dayandırmağa məcbur etmək üçün Körfəz ölkələri vasitəsilə təzyiq yaratmaqdır. Lakin bu istiqamətdə heç bir irəliləyiş olmayacaq. Xarici işlər naziri bunu çox aydın şəkildə ifadə edir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
50
bizimyol.info

10Sources