EN

Ağzından qaçırtdığı cümlə ABŞ də qalmaqal yaratdı

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

İran və ABŞ arasındakı gərginlik diplomatik müstəvidə yeni və daha təhlükəli mərhələyə qədəm qoyub. İran Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricaninin bir qrup Amerika əsgərinin əsir götürülməsi barədə açıqlaması Vaşinqton tərəfindən verilən reaksiya ilə yenidən gündəmin mərkəzinə çevrilib. ABŞ Dövlət katibi Marko Rubionun mətbuat konfransı zamanı işlətdiyi "ABŞ girov diplomatiyasına heç bir güzəştə getməyəcək" ifadəsi Tehranın iddialarının dolayısı ilə təsdiqi kimi qiymətləndirilib.Demokrat.az xəbər verir ki, Laricani əsgərlərin yaxalandığını elan etsə də, rəsmi Vaşinqton indiyə qədər bu xəbəri nə təkzib, nə də rəsmən təsdiq etmişdi. Lakin Rubionun son çıxışı ekspertlər tərəfindən iddiaların reallığına işarə kimi qəbul olunub. Hazırda Ağ Ev əsgərlərin harada və necə əsir götürüldüyünə dair təfərrüatları gizli saxlasa da, bölgədəki hərbi hərəkətlilik vəziyyətin ciddiliyindən xəbər verir.

Körfəzdə hərbi hazırlıq pik həddə çatıbYaranmış qeyri-müəyyənlik fonunda Pentaqonun Bəsrə körfəzi ətrafında aviadaşıyıcı və döyüş gəmilərinin sayını artırması diqqətdən yayınmır. Digər tərəfdən İran da Hörmüz boğazı yaxınlığındakı hərbi birləşmələrini yüksək hazırlıq vəziyyətinə gətirib. Tehrandan gələn bəyanatlarda əsir götürülmə hadisəsinin müharibənin gedişatını köklü şəkildə dəyişə biləyi vurğulanır.ABŞ Prezidenti Donald Tramp isə İranın Hörmüz boğazında neft axınını dayandırmaq cəhdinə qarşı sərt xəbərdarlıq edib. O, belə bir addım atılacağı təqdirdə İranın indiyədək gördüklərindən 20 qat daha ağır zərbə alacağını bəyan edib.İslam

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
74
demokrat.az

1Sources