EN

Bakıda görkəmli fransız bəstəkarının 150 illiyi konsert proqramı ilə qeyd olunub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 10 mart, AZƏRTAC

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli fransız bəstəkarı Moris Ravelin anadan olmasının 150 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, musiqi gecəsində bəstəkarın müxtəlif janrları əhatə edən əsərləri səsləndirilib.

Konsertdə solistlər Fəqan Həsənli (piano), Mehriban Süleymanova (piano), Şəhla Əlizadə (arfa), Nərgiz Əliyeva (fleyta), Zərrin Əliyeva (violin), Elçin Məmmədov (piano), Zərif Kərimova (piano), Nərgiz Kəngərli (piano), İbrahim Nağıyev (violonçel) və Sura Rüfət (violin, konsertmeyster Svetlana Əhmədova) olub.

Proqramda ilk olaraq “Əkslər” silsiləsindən “Gecə kəpənəkləri”, “İnfantanın ölümünə yazılan Pavana”, “Ma Mère l’Oye”, violin və piano üçün Sonata №1 (a-moll), “İspan rapsodiyası”ndan “Gecə prelüdü” və “Habanera”, “Vokaliz-etüd”, “Qaraçı rapsodiyası”, “Əkslər” silsiləsindən “Okeanda qayıq” əsərləri səslənib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
azertag.az

1Sources