EN

Şimal bölgəsi Yel çərşənbəsini qarla qarşıladı FOTO/VİDEO

ain.az, Bizim media saytına istinadən bildirir.

Novruz bayramı ərəfəsində 3-cü Yel çərşənbəsi də şimal bölgəsinə qar və şaxta ilə gəlib. Gecə saatlarından başlayaraq Quba və Qusar rayonlarına qar yağmağa başlayıb.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qusarlılar da Yel çərşənbəsini qarla qarşılayırlar.

 

Çərşənbə hazırlıqları artıq başa çatıb. Sakinlər adətən qarlı çərşənbə günlərini bolluq və bərəkət rəmzi kimi qiymətləndirirlər.

Qeyd edək ki, Quba və Qusar rayonlarının dağlıq ərazilərinə arandan fərqli olaraq bu gün daha çox qar yağıb.Qrız kəndində bu gün səhər 21 sm qar və 13,5 dərəcə şaxta qeydə alınıb. Hazırda yağan qarı günəşli hava əvəz edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
bizim.media

2Sources