EN

"Araz-Naxçıvan"ın 20-ci böyükhesablı məğlubiyyəti

style='margin-bottom:10px;'>

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək liqasında 20-ci dəfə böyük hesabla məğlub olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 23-cü turuna təsadüf edib. Naxçıvan təmsilçisi “Qarabağ”la səfər matçında 0:6 hesabı ilə uduzub.

Üç və ya daha çox top fərqi ilə olan 20 məğlubiyyətdən 8-i öz, 12-si rəqib meydanında qeydə alınıb. “Araz-Naxçıvan”ın ilk belə matçı 2000-ci il sentyabrın 9-da “Neftçi”yə qarşı olub. Bakı klubu səfərdə 7 cavabsız qol vurub.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Qarabağ”la son üç görüşdə böyükhesablı məğlubiyyət alıb – 0:5, 1:5, 0:6. 

Chosen
18
9
teleqraf.com

10Sources