“Araz-Naxçıvan” ölkə çempionatlarının yüksək liqasında 20-ci dəfə böyük hesabla məğlub olub.
"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 23-cü turuna təsadüf edib. "Qırmızı-ağlar" “Qarabağ”la səfər matçında 0:6 hesabı ilə uduzub. Üç və ya daha çox top fərqi ilə olan 20 məğlubiyyətdən 8-i öz, 12-si rəqib meydanında qeydə alınıb. “Araz-Naxçıvan”ın ilk belə matçı 2000-ci il sentyabrın 9-da “Neftçi”yə qarşı olub. "Ağ-qaralar" səfərdə 7 cavabsız qol vurub.
"Araz-Naxçıvan” “Qarabağ”la son üç görüşdə böyükhesablı məğlubiyyət alıb – 0:5, 1:5, 0:6.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta