EN

“Araz Naxçıvan” tarixində 20 ci dəfə böyük hesabla uduzub

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək liqasında 20-ci dəfə böyük hesabla məğlub olub.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 23-cü turuna təsadüf edib.

Naxçıvan təmsilçisi “Qarabağ”la səfər matçında 0:6 hesabı ilə uduzub.

Üç və ya daha çox top fərqi ilə olan 20 məğlubiyyətdən 8-i öz, 12-si rəqib meydanında qeydə alınıb. “Araz-Naxçıvan”ın ilk belə matçı 2000-ci il sentyabrın 9-da “Neftçi”yə qarşı olub. Bakı klubu səfərdə 7 cavabsız qol vurub.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Qarabağ”la son üç görüşdə böyükhesablı məğlubiyyət alıb - 0:5, 1:5, 0:6.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
9
icma.az

10Sources