EN

Aİ: Atəşkəs Livanda xaosun qarşısını almaq üçün ən yaxşı fürsətdir

Qahirə, 10 mart, AZƏRTAC

Livanda atəşkəsə nail olunması ölkədə xaosun qarşısını almaq üçün ən yaxşı fürsətdir.

AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas deyib. Bildirib ki, “Hizbullah” silahı yerə qoymalı və İsrailə qarşı hər hansı hərbi fəaliyyətə son verməlidir.

Kaya Kallas əlavə edib ki, İsrailin cavab tədbirləri də “qeyri-mütənasib” olub.

 
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
45
1
azertag.az

3Sources