EN

İran tammiqyaslı müharibəyə başladı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi mühüm açıqlama ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, komandan bundan sonra buraxılan raketlərin döyüş başlıqlarının 1 tondan az olmayacağını bildirib.

Musəvinin sözlərinə görə, İranın raket hücumlarının tezliyi və miqyası artırılacaq, eyni zamanda zərbələrin uçuş məsafəsi də daha böyük olacaq.

O qeyd edib ki, bu qərarla paralel olaraq İsrail istiqamətində yeni raket buraxılışları artıq başlayıb. Komandanın açıqlaması İranın münaqişədə daha sərt mərhələyə keçdiyini göstərən mesaj kimi qiymətləndirilir./müsavat

Chosen
39
3
konkret.az

4Sources