AZ

İran tammiqyaslı müharibəyə başladı - 1 tonluq raketlər İsrailə doğru uçur...

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi mühüm açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, komandan bundan sonra buraxılan raketlərin döyüş başlıqlarının 1 tondan az olmayacağını bildirib.

Musəvinin sözlərinə görə, İranın raket hücumlarının tezliyi və miqyası artırılacaq, eyni zamanda zərbələrin uçuş məsafəsi də daha böyük olacaq.

O qeyd edib ki, bu qərarla paralel olaraq İsrail istiqamətində yeni raket buraxılışları artıq başlayıb. Komandanın açıqlaması İranın münaqişədə daha sərt mərhələyə keçdiyini göstərən mesaj kimi qiymətləndirilir.

 

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr