EN

Kim Çen Inın bacısı: “ABŞ Cənubi Koreya birgə hərbi təlimləri regional sabitliyə xələl gətirir“

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Cjon illik "Azadlıq Qalxanı" təlimlərini müharibə üçün təxribatçı və aqressiv məşq adlandırıb.

Moderator.az xəbər verir ki, bu barədə KXDR-in dövlət xəbər agentliyi "KCNA" məlumat yayıb.

Onun sözlərinə görə, hərbi təlimlər regionda sabitliyi pozur: "Təlimlər müttəfiqlərin Şimali Koreyaya qarşı adi düşmənçilik siyasətini nümayiş etdirdi və regional sabitliyi daha da pozacaq. Cənubi Koreyadakı manevrlərdə 18 mindən çox ABŞ və Cənubi Koreya hərbçisi iştirak edir və gecə-gündüz quruda, dənizdə, havada, kosmosda və kiberməkanda Şimali Koreyanı hədəf alaraq keçirilir".

Cənubi Koreya və ABŞ öz növbəsində 9-19 mart tarixlərində keçiriləcək təlimlərin müdafiə xarakterli olduğunu və Şimali Koreyanın nüvə proqramı ilə bağlı çəkindirmə ssenarilərini əhatə etdiyini vurğulayıblar.

Təlimlər Kim Çen Inın hakim Şimali Koreya partiyasının qurultayında ölkənin nüvə arsenalını daha da genişləndirməyə diqqət yetirmək niyyətini elan etməsindən bir ay sonra keçirilir. /report/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
101
26
moderator.az

10Sources