EN

Ağ Evin telefon dinləmələrini ifşa edən Niksonun köməkçisi vəfat edib

ABŞ Prezidenti Riçard Niksonun keçmiş köməkçisi Aleksandr Batterfild 100 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mərhumun həyat yoldaşına istinadən məlumat yayıb.

Qeyd olunub ki, keçmiş siyasətçi San-Dieqodakı evində dünyasını dəyişib.

Qeyd edəkki, 1973-cü ildə Batterfild Ağ Evdə çalışarkən Konqresə ifadəsində Niksonun Oval Ofisdəki bütün danışıqları gizli şəkildə qeyd etdiyini bildirib. Bu etiraf Demokrat Partiyasının "Votergeyt" hotelindəki qərargahının qanunsuz dinlənilməsi ilə bağlı istintaqı qızışdırıb və nəticədə prezidentin istefasına səbəb olub.

Chosen
71
far.az

1Sources