EN

KİV: Trampın müşavirləri İrana qarşı müharibədən çıxış yolu axtarmağı tövsiyə edir

ABŞ Prezidenti Donald Trampın müşavirləri ona İrana qarşı müharibədən çıxış yolu tapmağı tövsiyə edir.

APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Trampı Tehranın təslim olmaqdan imtina etməsi təəccübləndirib.

Prezidentin ətrafı hesab edir ki, hərbi münaqişədən çıxış planı hazırlanmalı və bu, ABŞ ordusunun qarşıya qoyulan məqsədlərə nail olması kimi təqdim edilməlidir.

Qəzet qeyd edir ki, İrana qarşı əməliyyatın ictimai dəstəyi onsuz da yüksək deyil və münaqişə uzunmüddətli xarakter alarsa, bu dəstək daha da azala bilər.

Trampın qeyri-rəsmi iqtisadi müşaviri Stiven Mur nəşrə bildirib ki, enerji qiymətlərinin artması vəziyyəti daha da çətinləşdirə bilər.

“Qaz və neftin qiyməti artdıqda, digər məhsulların qiymətləri də yüksəlir. Onsuz da malların və xidmətlərin əlçatanlığı problem idi. Yeni qiymət artımı ciddi çətinliklər yarada bilər”, – deyə Mur bildirib.

Bazar ertəsi ABŞ prezidenti jurnalistlərə açıqlamasında İrana qarşı əməliyyatın tezliklə başa çata biləcəyini düşündüyünü də qeyd edib.

Chosen
65
2
apa.az

3Sources