EN

SEPAH-dan Qərbə və ərəb dünyasına ultimatum: Diplomatik şərt

SEPAH-dan şok şərt: ABŞ və İsrail səfirlərini qovan ölkələr Hürmüz boğazından keçə biləcək

İnterpress.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu strateji əhəmiyyətli Hürmüz boğazından gəmilərin keçidi ilə bağlı yeni və sərt şərt irəli sürüb. Təşkilatın bəyanatında bildirilir ki, istənilən ərəb və ya Avropa ölkəsi bu su yolundan maneəsiz istifadə hüququ qazana bilər.

Lakin bunun üçün əsas şərt həmin ölkələrin ABŞ və İsrail ilə diplomatik əlaqələri kəsməsidir. SEPAH vurğulayıb ki, yalnız öz ərazilərindən ABŞ və İsrail səfirlərini çıxaran (persona-non-qrata elan edən) dövlətlərin gəmilərinə boğazdan keçid üçün icazə veriləcək.

Bu addım regionda hərbi-siyasi gərginliyin artdığı və İranın mühüm dəniz yolları üzərində təzyiq rıçaqlarını gücləndirməyə çalışdığı bir vaxtda xüsusi diqqət çəkir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
66
interpress.az

1Sources