EN

Venesuela neftinin Çinə ixracı BƏRPA OLUNUR: İlk böyük partiya YOLDADIR

Çinə 1 milyon barel Venesuela nefti göndərilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Çinə təxminən 1 milyon barel həcmində Venesuela neftinin göndərilməsinə hazırlıq görülür.

Bu tədarük ABŞ-nin Venesueladakı əməliyyatlarından sonra həyata keçirilən ilk rəsmi ixrac partiyası ola bilər.

Məlumata görə, sözügedən sifarişin icrasını “North American Blue Energy Partners” şirkəti öhdəsinə götürüb.

Hazırda neftin yüklənməsi və nəqli ilə bağlı texniki prosedurların son mərhələdə olduğu bildirilir.

Ekspertlər bu addımı regionda dəyişən geosiyasi vəziyyət fonunda enerji bazarının yenidən canlanması kimi qiymətləndirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
82
interpress.az

1Sources