Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Neftçi" Bakıda "Turan Tovuz"u qəbul edib.
"Palms Sports Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
56-cı dəqiqədə Joarlem Santos fərqlənib.
Bu qələbədən sonra xallarının sayını 44-ə çatdıran Tovuz klubu üçüncü pillədə qərarlaşıb. Bakı təmsilçisi 31 xalla yeddincidir.