EN

"Buraxdığımız bir qol oyunun taleyini həll etdi" -Yuri Vernidub

MIsli Premyer Liqasında 23-cü tur çərçivəsində “Neftçi” doğma meydanda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Yuri Vernidub fikirlərini jurnalistlərlə bölüşüb:

“Oyuna baxanda demək olmaz ki, məğlubiyyətə layiq idik. Ən azı heç-heçə olmalıydı, qələbə də qazana bilərdik. Rəqib bir şansı dəyərləndirdi, biz isə yox. Bununla barışmaq və işləmək lazımdır. Oyunda ümumən intensivlik var idi, amma ikinci hissə yaxşı alınmadı. “Turan Tovuz” zəif rəqib deyil, amma bu gün onlardan pis oynamadıq. Buraxdığımız bir qol oyunun taleyini həll etdi”.

Chosen
22
1
fanat.az

2Sources