EN

İlham Əliyev Ərdoğana zəng etdi: Raket hücumu qınandı

İlham Əliyev Ərdoğana zəng etdi: Raket hücumu qınandı

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Türkiyənin ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu kəskin şəkildə qınayıb, qardaş Türkiyə xalqına öz dəstəyini ifadə edib. İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və nümayiş etdirdiyi qardaşlıq mövqeyinə görə Azərbaycan Prezidentinə öz minnətdarlığını bildirib. Söhbət zamanı iki ölkə arasındakı strateji müttəfiqlik münasibətlərinin sarsılmazlığı qeyd olunub.

Chosen
106
40
afn.az

10Sources