EN

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

“Astara” Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının təxliyəsi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, axşam saatlarında Meksikanın İrandakı səfiri Gilyermo Puente Ordorika Azərbaycan ərazisinə təhlükəsiz şəkildə təxliyə olunub.

Səfir media nümayəndələrinə açıqlamasında bildirib:

"İndi Azərbaycana gəlmişəm. Hökumətim mənə göstəriş verib ki, səfirliyimizi burada Azərbaycan hökumətinin və Azərbaycanın Meksika səfirliyinin dəstəyi ilə yerləşdirək. Buna görə mən və komandam buradayıq. Göründüyü kimi, gərgin vəziyyət bizim buraya gəlməyimizin səbəblərindən biridir. Azərbaycan dost ölkədir. Meksika ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Mən həqiqətən tez-tez Azərbaycana gəlirəm. İran səfirinin vəzifəsində olduğum illərdə də buraya bir neçə dəfə gəlmişəm. Lakin bu dəfə, dediyim kimi, komandamla birlikdə Bakıda işləməyə gəlmişəm. Ümid edirik ki, hazırda müşahidə etdiyimiz bu vəziyyət tezliklə sülh yolu ilə həllini tapacaq".

Təxliyə prosesi müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, bu gün Meksikadan olan 7 diplomat və onların ailə üzvləri sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyə olunublar. Onlar bütün zəruri prosedurlardan keçdikdən sonra sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar./Teleqraf

Chosen
64
17
bakivaxti.az

10Sources