EN

İran: Silahlı qüvvələrimiz ABŞ hərbçilərini pusquda gözləyir

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının mətbuat katibi, SEPAH zabiti İbrahim Zülfüqari bildirib ki, İran Silahlı Qüvvələrinin müxtəlif bölmələri regionda yerləşən ABŞ hərbçilərinə qarşı pusqu əməliyyatlarına hazır vəziyyətə gətirilib.Bizim.Media  xəbər verir ki, onun sözlərinə görə, İran İslam Respublikasının silahlı qüvvələrinin müxtəlif hissələri bu əməliyyatlar üçün dəqiq və planlı hazırlıq aparır.Zülfüqari qeyd edib ki, İranın son dəqiq zərbələrindən sonra regionda və işğal olunmuş ərazilərdə vəziyyət yüksək gərginlik mərhələsinə daxil olub.

 

O bildirib ki, İran ordusunun bölmələri ABŞ hərbçilərinə qarşı əməliyyatları tam koordinasiya və dəqiqliklə həyata keçirməyə hazırdır.

Mətbuat katibi əlavə edib ki, aparılan sahə müşahidələri göstərir: İsrail rəhbərliyi şimal və mərkəzi bölgələrdə yaşayan mülki əhalidən “canlı qalxan” kimi istifadə etməyə çalışır və bu yolla öz hərbi qüvvələrini qorumağa cəhd edir.Zülfüqari vurğulayıb ki, İran Silahlı Qüvvələri regiondakı vəziyyəti yaxından izləyir və mümkün təhlükələrə qarşı tam döyüş hazırlığı vəziyyətindədir.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
2
bizim.media

3Sources