EN

ABŞ Türkiyənin Adana şəhərindəki konsulluğunun əməkdaşlarını təxliyə edir

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Dövlət Departamenti İran ətrafında yaranmış münaqişə ilə əlaqədar “ehtiyat tədbiri olaraq” Türkiyənin Adana şəhərindəki konsulluğunun əməkdaşlarına ailə üzvləri ilə birlikdə təxliyə olunmaları barədə göstəriş verib.Bizim.Media  xəbər verir ki, göstəriş Türkiyənin cənub məkanı üzərində bir həftə ərzində İrandan atılan ikinci ballistik raketin məhv edilməsi fonunda verilib.Dövlət Departamenti, həmçinin ABŞ vətəndaşlarını Türkiyənin cənub-şərqinə səfərdən çəkinməyə çağırıb.

 

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi bu gün İrandan buraxılmış ballistik raketin məhv edildiyini açıqlayıb. Raket Şərqi Aralıq dənizində dislokasiya olunmuş NATO qüvvələri tərəfindən məhv edilib, onun qalıqları isə Qaziantep vilayətinin cənubunda yerləşən yaşayış olmayan əraziyə düşüb. Ölən və yaralanan yoxdur.

Hadisə Türkiyə Prezident Administrasiyası tərəfindən kəskin pislənilib.“Bütün tərəfləri, xüsusilə İranı regional təhlükəsizliyi təhdid edən və mülki əhalini təhlükə qarşısında qoyan hərəkətlərə yol verilməməsinin zəruriliyi barədə bir daha xəbərdar edirik”, – deyə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran vurğulayıb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
2
bizim.media

3Sources