EN

Buraxılış imtahanı keçirilib, 9 nəfərdə mobil telefon aşkarlanıbVİDEO

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Xezerxeber.az-ın məlumata görə, imtahanda 58 min 138 şagirdin iştirakı nəzərdə tutulurdu.

İlkin məlumatlara əsasən, 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallar protokollaşdırılıb və araşdırma aparılır.

Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Chosen
39
xezerxeber.az

1Sources