EN

MPL: "Zirə" "Kəpəz" matçında 2 qol var - YENİLƏNİR

Misli Premyer Liqasında XXIII tur davam edir.

Fanat.Az xəbər verir ki, turun üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Zirə" doğma meydanda "Kəpəz"i sınağa çəkəcək. Saat 18:30-da başlayacaq qarşılaşmanı FİFA referisi Kamal Umudlu idarə edəcək.

Günün digər oyunu isə turun prinsipial qarşılaşmalarından sayılır. Belə ki, "Neftçi" evdə "Turan Tovuz" ilə üz-üzə gələcək. Küveytdə arzuolunmaz vəziyyətlə üzləşən və vətənə iki gün əvvəl dönə bilən FİFA referisi Əliyar Ağayevin idarə edəcəyi matçın start fiti saat 20:30-da səsləndiriləcək.

Qeyd edək ki, turun əvvəlki oyun günlərində "Karvan-Yevlax" "Sumqayıt" ilə (1:1), "Şamaxı" "İmişli" ilə (0:0) bərabərə qalıb, "Qarabağ" isə "Araz-Naxçıvan"ı böyük hesabla (6:0) məğlub edib.  

Tura sabah “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXIII tur
9 mart

“Zirə” – “Kəpəz” 1:1 (ilk hissə)

Qol: E.Aydın, 5. - R.Hüseynli, 31.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov.
VAR: Elvin Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə. İdman Kompleksinin stadionu.

20:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev, Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov. 
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Palms Sports Arena”.

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 4. Ruan Renatov 28. Leroy Mikels 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili 5. Ange Mutsinzi 11. Junior Martins 6. Eldar Quliyev

"Kəpəz”: 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 6. Camal Cəfərov 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze

Ehtiyat oyunçular: 33. Yusif İmanov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 57. Amur Yusifov 

Chosen
53
6
fanat.az

9Sources