Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir.
QOL.az xəbər verir ki, bu günə daha 2 matçın keçirilməsi nəzərdə tutulub.
Günün ilk qarşılaşmasında "Zirə" Kəpəz"i qəbul edir. "Zirə" ilk dövrədə "Kəpəz"ə 5:0, 2-ci dövrədə isə 2:0 hesabı ilə qalib gəlib.
Günün son matçında isə "Neftçi" öz meydanında "Turan Tovuz"la üz-üzə gələcək. Azarkeşlərin də maraqla gözlədiyi görüş saat 20:30-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçında isə qolsuz heç-heçə qeydə alınıb.
9 mart
Misli Premyer Liqası
23-cü tur
18:30.“Zirə” – “Kəpəz” - 1:0 (Birinci hissə)
Qol: Eren Aydın, 5
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu
20:30.“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
“Palms Sports Arena”
10 mart
19:15. “Sabah” - “Qəbələ”
7 mart
“Karvan-Yevlax” - “Sumqayıt” - 1:1
8 mart
"Qarabağ" – "Araz-Naxçıvan" - 6:0
"Şamaxı" – "İmişli" - 0:0

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 10 qol
Bassalu Sambu ("Neftçi") - 9 qol
Velko Şimiç (“Sabah”) - 9 qol
Emin Mahmudov (“Neftçi”) - 7 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol