EN

Maurice Ravelin 150 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub - FOTO

"Nadir Events"in təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli fransız bəstəkarı Maurice Ravelin anadan olmasının 150 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Konsert proqramında bəstəkarın müxtəlif dövrlərə aid əsərləri Azərbaycan musiqiçilərinin ifasında səsləndirilib. Gecə ərzində "Noctuelles", "Pavane pour une infante défunte", "Ma Mère l'Oye", "Sonate pour violon et piano", "Rhapsodie espagnole", "Tzigane" və digər kompozisiyalar tamaşaçılara təqdim olunub.

Tədbirin özəlliklərindən biri musiqi ilə poeziyanın vəhdətində qurulan bədii kompozisiya olub. Proqram çərçivəsində fransız simvolist poeziyasının görkəmli nümayəndəsi Paul Verlaine-in şeirləri səsləndirilib. Şeirlər "University Foundation Courses" təhsil mərkəzinin fransız dili istiqaməti üzrə təhsil alan tələbələri tərəfindən fransız dilində təqdim olunub.

Konsert proqramında aparıcı Hüseynağa Aslanov və Azərbaycan musiqiçiləri - pianoda Fəqan Həsənli, Nərgiz Kəngərli, Zərif Kərimova, Elçin Məmmədov, Svetlana Əhmədova, violində Zərrin Əliyeva və Sura Rüfət, violonçeldə İbrahim Nağıyev, arfada Şəhla Əlizadə və fleytada Nərgiz Əliyeva çıxış edərək Maurice Ravelin zəngin musiqi irsini tamaşaçılara təqdim ediblər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
92
14
milli.az

10Sources