AZ

8 Mart həsr edilən konsert proqramı təqdim olunub - FOTO

Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illiyi çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən konsert proqramı təqdim olunub. Konsertdə dirijor və Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan və dünya xalqlarının rəqs incilərindən ibarət zəngin musiqi proqramı səsləndirilib.

Proqramda milli bəstəkarların əsərləri, eləcə də müxtəlif xalqların rəqs melodiyaları tamaşaçılara təqdim olunub. Bayram əhvallı proqramda Əməkdar artist Gülüstan Əliyeva, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Nurlana Abdullayeva, beynəlxalq və respublika müsabiqələri laureatları Aysu Sadıqova və digər ifaçılar da çıxış ediblər.

Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. İl ərzində təşkil olunacaq konsertlər orkestrin 95 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində davam etdiriləcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
77
14
milli.az

10Mənbələr