EN

İsrail Ordusu Beyruta zərbələr endirdi ANBAAN VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

İsrail Müdafiə Ordusu Beyrutun (Livan) cənub ətraflarında "Hizbullah" qruplaşmasının infrastrukturuna yeni aviazərbələr dalğasına başlayıb.Bizim.Media xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.Bildirilib ki, daha əvvəl hərbçilər "Hizbullah"ın kvazibank kimi istifadə etdiyi "Əl-Qard əl-Həsən" assosiasiyasının şöbələrinə zərbələr endirəcəkləri barədə xəbərdarlıq etmişdilər.

 

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
93
37
bizim.media

10Sources