EN

Trampdan Xameneinin oğlunun Ali rəhbər təyin olunmasına reaksiya:

ABŞ Prezidenti Donald Tramp İranın keçmiş Ali rəhbərinin oğlu  Müctəba Xameneinin atasının yerinə təyin olunmasından məmnun deyil.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Fox News”un aparıcısı Brayan Kilmid məlumat yayıb.

 

Jurnalist yazıb: “Müctəba Xameneinin təyinatı elan edildikdən sonra Prezident Trampla danışdım, telefon danışığı zamanı mənə belə dedi: “Bundan məmnun deyiləm””.

 

Brayan Kilmid söhbətin təfərrüatları barədə əlavə məlumat verməyib.

Chosen
104
3
senzor.az

5Sources