Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin atasının yerinə təyin olunmasından məmnun deyil.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Foks Nyus”un aparıcısı Brayan Kilmid bildirib.
“Müctəba Xameneinin təyinatı elan edildikdən sonra Prezident Trampla danışdım, telefon danışığı zamanı mənə belə dedi: “Bundan məmnun deyiləm”, - jurnalist vurğulayıb.
B.Kilmid söhbətin təfərrüatı barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, Seyid Müctəba Xamenei İranın yeni ali rəhbəri seçilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.