EN

Kənan Yıldız coşdu, Yuve darmadağın etdi

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

İtaliya çempionatının 28-ci turunda ''Yuventus'' ''Piza''nı qəbul etdi. Çempionlar Liqasında ''Qalatasaray''a uduzaraq mübarizəni dayandıran, son vaxtlar nəticələri ürəkaçan olmayan və son 7 rəsmi oyunda cəmi 1 qələbə qazanan Turin nəhəngi nəhayət, fanatlarını inamlı qələbə ilə sevindirdi. "Football-plus.az" xəbər verir ki, ilk yarı qolsuz başa çatsa da, ''Yuve'' fasilədən sonra 4 cavabsız top vurmaqla iddiasız rəqibinə futbol dərsi keçdi. ''Qoca Sinyora'' ilə müqaviləni yenilədikdən bu yana kölgəyə çəkilən və tənqid atəşinə tutulan Kənan Yıldız əla oyun sərgilədi. Gənc türkiyəli ulduz aktivinə qol və məhsuldar ötürmə yazdı. ''Yuve''nin digər qollarını Kambyaso, Türam və Boqa vurdu. Kənan Yıldız bu mövsüm 38-ci rəsmi oyununu keçirdi. Onun aktivində 10 qol, 9 məhsuldar ötürmə var. ''Yuve'' 6-cı pillədə qərarlaşsa da, ÇL zonası ilə arada cəmi 1 xallıq fərq var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
79
1
icma.az

2Sources