EN

İran bu ölkənin ən böyük neft emalı zavodunu vurdu

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

İran Bəhreynin ən böyük neft emalı müəssisəsi olan BAPCO Energies zavoduna raket zərbəsi endirib.

Bakupost.az Reuters-ə istinadən bildirir ki, hadisə nəticəsində zavodun bir hissəsində yanğın baş verib.

Bəhreyn rəsmiləri deyib ki, yanğın sonradan nəzarət altına alınıb və müəssisənin fəaliyyəti davam etdirilib. İlkin məlumata əsasən, insident nəticəsində ölən və ya yaralanan olmayıb.

Bu müəssisə gündə yüz minlərlə barrel neft emal edən Körfəz regionunun vacib enerji infrastrukturlarından biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
105
1
www.bakupost.az

2Sources