EN

Rihannanın evi atəşə tutuldu 30 yaşlı qadın şübhəlidir

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünyaşöhrətli müğənni Rihannanın Beverli Hills məhəlləsindəki evi atəşə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrə istinadən “Los Angeles Times” nəşri yazıb.

Belə ki, Los-Anceles polisi hadisədə 30 yaşlı qadını şübhəli bilərək saxlayıb.

İstintaqın məlumatına görə, qadın avtomobildə olarkən müğənninin malikanəsinə atəş açıb. Binaya doğru təxminən on atəş açılıb. 

Mənbələrin məlumatına görə, hadisə baş verən zaman Rihanna evinin içərisində olub. Atışma zamanı xəsarət alan olmayıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
98
2
qafqazinfo.az

4Sources