Misli Premyer Liqasının XXIII turunda bu gün daha iki oyun keçiriləcək.
Redaktor.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Zirə" öz meydanında "Kəpəz"i qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.
Günün digər oyununda isə "Neftçi" "Turan Tovuz"la qarşılaşacaq. "Palms Sports Arena"da keçirilən qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək.
Qeyd edək ki, "Turan Tovuz" 41 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Zirə" 38 xalla dördüncüdür. "Neftçi" 31 xalla yeddinci, 16 xala malik "Kəpəz" isə onuncudur.
Misli Premyer Liqası
XXIII tur
9 mart
18:30. "Zirə" - "Kəpəz"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu
20:30. "Neftçi" - "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Palms Sports Arena"