Bakı. Trend:
Misli Premyer Liqasının XXIII turunda bu gün daha oyunkeçiriləcək.
Trend xəbər verir ki, gününilk qarşılaşmasında avrokuboklara iddialı olan "Zirə" autsayderlərsırasından qurtulmağa çalışan "Kəpəz"i qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat18:30-da başlayacaq.
Ardınca isə son turlar yüksəlişdə olan "Neftçi" "Palms SportsArena"da "Turan Tovuz"u sınağa çəkəcək. Sözügedən qarşılaşmanınstart fiti saat 20:30-da səslənəcək.
"Turan Tovuz" 41 xalla turnir cədəlinin üçüncü pilləsindəqərarlaşıb. "Zirə" 38 xalla dördüncüdür. "Neftçi" 31 xallayeddinci, 16 xala malik "Kəpəz" isə onuncudur.
Misli Premyer Liqası
XXIII tur
9 mart
18:30. "Zirə" – "Kəpəz"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, AlikYunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu
20:30. "Neftçi" – "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, RəvanHəmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Palms Sports Arena"
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt""Karvan-Yevlax"la (1:1), "Şamaxı" isə "İmişli" (0:0) ilə bərabərəqalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı məğlub edib.