EN

İranda yeni liderə sədaqət andı üzrə tədbir keçiriləcək

Bakı. Trend:

Bu gün İranda yeni Ali Lideri Seyid Muctaba Xameneiyə sədaqətandının içilməsi məqsədilə ölkə üzrə yerli vaxtla saat 15:00-datədbir keçiriləcək.

Trend-inməlumatına görə, bu barədə İranın İslam Təbliğatı KoordinasiyaŞurası məlumat yayıb.

Məlumatda bütün İran vətəndaşları bütün şəhərlərdə təşkilolunacaq tədbirdə iştiraka dəvət olunub.

Qeyd edək ki, 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə28 fevralda ABŞ və İsrailin hərbi hava hücumları nəticəsindəöldürülən Ali Lideri Ayətullah Seyid Əli Xameneinin oğlu SeyidMuctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Chosen
88
1
az.trend.az

10Sources